Azərbaycanda 2027-ci ilə kimi 2 yeni data mərkəzi tikiləcək

14:07 - 9.10.2025


9 oktyabr, Fineko/abc.az. Azərbaycanda bu ildən etibarən iki yeni data mərkəzinin tikintisi işlərinə başlanılıb.

ABC.AZ xəbər verir ki, bunu “AzInTelecom”un Kommersiya departamentinin direktoru Fərrux Fərəcullayev Bakıda keçirilən fintex forumunda bildirib.

Onun sözlərinə görə, 2027-ci ilə kimi tikinti proseslərinin yekunlaşdırılması planlaşdırılır: "Bunlar təkcə Azərbaycanda deyil, regionda ən böyük data mərkəzləri olacaqlar. Onlardan biri Hacıqabul, digəri isə Abşeron rayonu ərazisində yerləşəcək".

Müəllif: Elmir Murad