Misin qiyməti aprel ayından etibarən ən böyük həftəlik artım nümayiş etdirib

12:16 - 3.10.2025


3 oktyabr, Fineko/abc.az. Mis qiymətlərinin artması tədarük qorxusu və dolların zəifləməsi fonunda sürət qazanır.

ABC.AZ xəbər verir ki, misin qiyməti aprel ayından bəri ən böyük həftəlik artım nümayiş etdirib. Belə ki, qiymətlər, tədarükün kəsilməsi, dolların zəifləməsi və tələblə bağlı nikbinlik fonunda keçən ilki rekorddan təxminən 5% aşağıdır.

Üç aylıq fyuçerslər ardıcıl üçüncü gün artır və London metal birjasında ton başına 10.500 dollara çatır.

Bildirilir ki, qiymət artımına bir sıra tədarük problemləri, o cümlədən Freeport-McMoRan Inc.-in İndoneziyadakı nəhəng Grasberq yatağında fövqəladə hallar elan etməsi səbəb olub.