Kakao paxlası fyuçersləri ildə ilk dəfə 6 600 dollardan aşağı düşüb

12:11 - 3.10.2025


3 oktyabr, Fineko/abc.az. Kakao paxlası fyuçerslərinin dəyəri ötən ilin oktyabr ayının sonundan bəri ilk dəfə 6 600 dollardan aşağı düşüb.

ABC.AZ xəbər verir ki, bazar iştirakçıları təklifin çox olmasının risklərini qiymətləndirirlər. 1 oktyabrdan Kot-d’İvuar kənd təsərrüfatı mövsümünə başlayıb. Bu, yüksək məhsul gözləntisi yaradır və kakao paxlasının ixracına töhfə verməlidir.

Gözlənilir ki, Kot-d’İvuar hökuməti məhsullarının satış qiymətlərini artıracaq, bu da fermerlərin ehtiyat toplamasının qarşısını almağa və qiymətlərin daha yüksək olduğu digər Afrika bazarlarına qaçaqmalçılığı azaltmağa xidmət edəcək.

Bundan əlavə, dünyanın ikinci ən iri kakao istehsalçısı olan Qanada, mövsümün sürətli başlaması sayəsində keçən ay anbarlara tədarüklər keçən ilə nisbətən dörd dəfədən çox artıb.