Fransa Boracay tankerini Rusiya neftinin daşınmasında şübhəli bilinərək saxlayıb

11:26 - 2.10.2025


2 oktyabr, Fineko/abc.az. Brest Prokurorluğu Benin bayrağı altında Boracay neft tankerinə qarşı yoxlama təşkil edib. O, Rusiya neftinin daşınmasında şübhəli bilinir.

ABC.AZ xəbər verir ki, Fransa prezidenti Emmanuel Macron, ekipajın məhkəmə müdaxiləsi tələb edən ciddi qanun pozuntularına yol verdiyini, ancaq detalları açıqlamadığını qeyd edib.

Prokuror Stefan Kellenberg bildirib ki, araşdırma gəminin milli mənsubiyyətinə dair sənədlərin verilməməsi və səlahiyyətlilərin tələblərinə məhəl qoyulmaması ilə bağlı maddə üzrə aparılır. Bu cür pozuntulara görə bir ilə qədər həbs və ya 150 min avro cərimə nəzərdə tutulur.

244 metrlik tanker bir neçə gündür Saint-Nazaire sahillərindəki lövbərdə saxlanılır. Gəmi Fransanın ərazi sularına daxil olmağa məcbur olub, burada dəniz xüsusi təyinatlıları enib. Kapitan və onun birinci köməkçisi saxlanılıb.