Səkkiz ayda qeyri-dövlət ixracatçı subyektlərinin reytinqi açıqlanıb

11:51 - 30.09.2025


30 sentyabr, Fineko/abc.az. 2025-ci ilin yanvar-avqust ayları üzrə hazırlanmış qeyri-dövlət ixracatçı subyektlərin reytinqində ilk onluqda "Prime Cotton" MMC, "Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited Şirkəti"nin Azərbaycan Respublikasındakı Nümayəndəliyi, "Baku Steel Company" QSC, "Export Stream" Məhdud Məsuliyyətli Cəmiyyəti,"Azərbaycan Şəkər İstehsalat Birliyi" MMC, "UYTROP" Məhdud Məsuliyyətli Cəmiyyəti, "P-AQRO" MMC, “STP Alüminium” MMC, “TABATERRA”QSC, “Sahdag SY" Məhdud Məsuliyyətli Cəmiyyəti.

Qeyri-neft sektoru üzrə ixrac əməliyyatlarında iştirak edən dövlətə məxsus olan şirkətlərin siyahısına ARDNŞ-nin Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi başçılıq edir.

ABC.AZ-ın məlumatına görə, daha sonra bu siyahıda aşağıdakı şirkətlər təmsil olunublar.

“SOCAR Polymer” MMC, “AzerGold” QSC ,“Azəralüminium” MMC, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Qaz İxrac İdarəsi, “Azərpambıq Aqrar Sənaye Kompleksi" MMC,"SOCAR-DALĞIC" MMC, "Azərbaycan Dəmir Yolları" QSC, "İstisu" mineral su zavodu Məhdud Məsuliyyətli Cəmiyyəti, Naxçıvan MR Dövlət Energetika Xidməti.