14:52 - 29.09.2025
29 sentyabr, Fineko/abc.az. Azərbaycan şirkətləri diqqəti regionun istifadəçiləri üçün nəzərdə tutulmuş tətbiqlərin yaradılmasına yönəltməlidir.
ABC.AZ xəbər verir ki, bunu "OpenAI"ın Bazarlara çıxış şöbəsinin keçmiş rəhbəri, məsləhətçi Zak Kass "INMerge-2025" İnnovasiya Sammiti çərçivəsində keçirilən mətbuat konfransında deyib.
O qeyd edib ki, uğur qazananlar yalnız Silikon Vadisindəki şirkətlər deyil, burada əsas amil infrastruktur və tətbiqlərdir.
"Biz Silikon Vadisinin hüdudlarından kənarda olan tətbiqlərin zamanla daha da yaxşılaşdığını müşahidə edirik. Bu ona tətbiq təbəqəsinin olduqca vacib olması səbəbin Azərbaycan və ya hər hansı digər regiondakı şirkətlərə əsas məsləhətim budur: regionunuzdakı insanlar üçün tətbiqlər yaradın. Bazarlar kifayət qədər böyükdür. Ya da infrastruktur qurun. "Boru kəmərləri" inşa edin: "DataOps", "MLOps". Lakin mən data mərkəzlərinə və ya fundamental tədqiqatlara sərmayə qoymazdım", - Z.Kass bildirib.
5 Avqust 2026
5 Avqust 2026