Dövriyyədə olan ödəniş kartlarının sayı 14% artıb

14:25 - 29.09.2025


29 sentyabr, Fineko/abc.az. Banklar və “Azərpoçt” MMC sistemləri üzrə avqust ayının sonunda dövriyyədə olan ödəniş kartlarının sayı ötən aya nəzərən 216 min ədəd artaraq 21 milyon 129 min ədəd təşkil edib.

ABC.AZ Azərbaycan Mərkəzi Bankının hesabatına əsasən xəbər verir ki, keçən ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 14% artıb.

Ödəniş kartlarında debet kartlarının sayı 17% artmış, kredit kartlarının sayı isə 7% azalmışdır.