Rusiya və İran "Hormoz" AES-in tikintisi ilə bağlı 25 milyard dollarlıq saziş imzalayıblar

15:48 - 26.09.2025


26 sentyabr, Fineko/abc.az. Rusiya və İran respublikanın cənubundakı Hormozqan əyalətində "Hormoz" AES-in tikintisi ilə bağlı 25 milyard dollarlıq saziş imzalayıb.

ABC.AZ xəbər verir ki, bu barədə İRNA agentliyi məlumat verib.

Müqavilənin imzalanmasında İran Hormoz şirkətinin nümayəndəsi Nasser Mansur Şəriflu və "Rosatom energy projects" ASC-nin nümayəndəsi Dmitri Şiqanov iştirak ediblər. Bildirilib ki, elektrik stansiyası 500 hektar ərazini əhatə edəcək və dörd enerji blokundan ibarət olacaq.