Çin, gənclər arasında bekarçılıq və "mənfi emosiyalarla" mübarizəyə başlayıb

16:09 - 25.09.2025


25 sentyabr, Fineko/abc.az. Çinin kiberməkan məsələləri üzrə Administrasiyası "mənfi emosiyaların zərərli təhrikinə" qarşı mübarizə üzrə "xüsusi əməliyyat"ın başlandığını bəyan edib. 

ABC.AZ xəbər verir ki, iki ay ərzində mütəxəssislər sosial şəbəkələrdə "məyusluq və narahatlıq yaradan" və "nihilist dünyagörüşü" təbliğ edən videolar, publikasiyalar və şərhlər axtaracaqlar.

Son illərdə Çində gənclər arasında işsizliyin artması müşahidə olunur. Bu ilin avqust ayında işsizlik səviyyəsi iki illik maksimuma çatdı: tələbələr istisna olmaqla, 16 — 19 yaş arasındakı insanların təxminən 24%-i heç bir yerdə işləmir. 2021-ci ildə baş vermiş iqtisadi böhran fonunda ölkədə "yıxılıb yatmaq" kimi tərcümə olunan Tang Ping hərəkatı yarandı.

Sinqapur Milli Universitetinin professoru Yan Çonqg hesab edir ki, hakimiyyətin repressiv tədbirləri ictimai əhval-ruhiyyəyə təsir etməyəcək. Onun sözlərinə görə, Çin gəncləri özlərini ifadə etmək və etiraz etmək üçün başqa yollar tapacaqlar.