Səhmdarı dəyişən BOKT-nin nizamnamə kapitalı 600 min manata yüksəlib

15:09 - 24.09.2025


24 sentyabr, Fineko/abc.az. BOKT “Azkredit Bank Olmayan Kredit Təşkilatı” ASC-də cari ilin əvvəlində həyata keçirilən nizamnamə kapitalının artırılması nəticəsində səhmdarlıq strukturunda dəyişiklik baş verib.

ABC.AZ xəbər verir ki, əvvəlcə “Azkredit BOKT”un yeganə səhmdarı Məmmədov Mahir İsmayıl oğlu olub və onun payı 3 min ədəd, hər biri 100 manat nominal dəyərində səhm əsasında 100 faiz təşkil edib.

Lakin 10 aprel 2024-cü il tarixindən sonra yeni buraxılan 3 min ədəd, nominal dəyəri 100 manat olan səhm hesabına ümumi nizamnamə kapitalı 600 min manata yüksəlib.

Bunun nəticəsində səhmdar dəyişib və bütün səhmlərin sahibi Əsgərov Qurban Nəcəf oğlu olub.

Ona məxsus 6 min ədəd adi, adlı, sənədsiz səhmin ümumi dəyəri 600 min manat təşkil edir ki, bu da BOKT-nin nizamnamə kapitalının 100 faizinə bərabərdir.