“Nvidia” şirkəti “Intel”ə 5 milyard dollar investisiya yatıracaq

16:57 - 18.09.2025


18 sentyabr, Fineko/abc.az. “Nvidia” şirkəti “Intel”ə 5 milyard dollar investisiya etməyə razılaşıb. “Intel” gələcək kompüter çiplərində “Nvidia”nın qrafik texnologiyalarından istifadə edəcək, həmçinin “Nvidia” avadanlığı əsasında yaradılmış məlumat mərkəzləri məhsullarını öz prosessorları ilə təchiz edəcək.

ABC.AZ xəbər verir ki, Agentliyin qeyd etdiyinə görə, bu, “Nvidia” tərəfindən rəqibini dəstəkləmək üçün atılmış gözlənilməz addımdır.

Daha əvvəl, avqust ayında ABŞ hökuməti “Intel”in təxminən 10% səhmini almağa razılıq vermişdi.

Saziş çərçivəsində “Nvidia” “Intel”in adi səhm­lərini bir səhm üçün 23.28 ABŞ dolları qiymətinə alacaq.