16:47 - 18.09.2025
18 sentyabr, Fineko/abc.az Bu il Azərbaycanda kartof çipsinin yerli istehsalı artıb, xaricdən alışları isə azalıb.
ABC.AZ xəbər verir ki, sözügedən dövrdə əsas tədarükçülər arasında Rusiya yenə də lider mövqedə qalır – idxalın böyük hissəsi bu ölkədən gəlib.
Bununla yanaşı, Belarusdan gətirilən məhsulların həcmi təxminən iki dəfə artıb. Gürcüstandan idxalda da ciddi yüksəliş qeydə alınıb. Əvəzində Ukrayna və Latviya kimi ölkələrdən gətirilən məhsulların həcmi azalıb, bəzi Avropa ölkələrindən (məsələn, Polşa) idxal isə kəskin şəkildə düşüb. Yeni olaraq Türkmənistan, BƏƏ, Malayziya və Tailand bazarda görünməyə başlayıb.
Yerli istehsalda isə müsbət dinamika müşahidə olunub. Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2024-cü ilin ilk 6 ayında 1 236 ton istehsal qeydə alınmışdısa, 2025-ci ilin eyni dövründə bu rəqəm 1520 tona çatıb. Artım təxminən 23 faizdir.
Azərbaycanda bunun xammalı olsa da, ümumi bazar hələ də xaricdən asılıdır, amma qiymətlər bahalaşır.
Azərbaycan keçən ilin ilk 7 ayında Gürcüstana 68.78 tonluq ($338.42 min) kartof çipsi satmışdısa, bu il satışlar kəskin azalaraq 23.7 tona ($113.61 min) düşüb.
1 Avqust 2026
1 Avqust 2026
30 İyul 2026
30 İyul 2026