16:11 - 18.09.2025
18 sentyabr, Fineko/abc.az. Bu ilin yanvar-iyul aylarında Azərbaycana xarici ölkələrdən 288,84 min ABŞ dolları dəyərində (+2 dəfə) 257,32 ton (+2,8 dəfə) albalı və gilas gətirilib.
ABC.AZ Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, Azərbaycan İrandan 145,64 min ABŞ dolları dəyərində (+3 dəfə) 107,88 ton (+3 dəfə), Rusiyadan 136,62 min ABŞ dolları dəyərində 148,66 ton (1 il əvvəl tədarük olmayıb), Çilidən 3,4 min ABŞ dolları dəyərində (-44 %) 0,42 ton (-45 %), Çindən 1,93 min ABŞ dolları dəyərində 0,24 ton, Argentinadan 0,92 min ABŞ dolları dəyərində (-8 %) 0,05 ton (-58 %) məhsul alıb.
Azərbaycan 7 il 5 aylıq fasilənin ardından Amerika Birləşmiş Ştatlarından (0,3 min ABŞ dolları dəyərində 0,01 ton) və 12 il 6 ayın tamamında Çindən tədarükü bərpa edib.