16:00 - 18.09.2025
18 sentyabr, Fineko/abc.az. Bu ilin yanvar-iyul aylarında Azərbaycan 20,81 milyon ABŞ dolları dəyərində 16 min 740 ton albalı və gilas ixrac edib.
ABC.AZ Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2024-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 16 %, kəmiyyət olaraq – 35 % azdır.
Azərbaycan Rusiyaya 20,66 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 25 % az) 16 min 624 ton (-35 %), Qazaxıstana 62 min ABŞ dolları dəyərində (-58 %) 76,8 ton (-51 %), Belarusa 29,7 min ABŞ dolları dəyərində (+58 %) 5,13 ton (-72 %), Bolqarıstana 28,21 min ABŞ dolları dəyərində 13,76 ton (1 il əvvəl tədarük olmayıb), Birləşmiş Ərəb Əmirliklərinə 21,3 min ABŞ dolları dəyərində (-69 %) 3,77 ton (-82 %) məhsul satıb.
4 Avqust 2026
4 Avqust 2026