Üstyurt yaylasında 6,5 min metr dərinliyində quyu qazılıb

14:50 - 16.09.2025


16 sentyabr, Fineko/abc.az. Özbəkistan sənayesi tarixində ilk dəfə olaraq Üstyurt yaylasında 6,5 min metr dərinliyində quyu qazılıb və işlər nəticəsində böyük qaz ehtiyatları aşkar edilib.

ABC.AZ xəbər verir ki, Özbəkistan Prezidentinin mətbuat katibi Şerzod Asadova istinadən verdiyi məlumata görə, bunu Özbəkistan Prezidenti Şavkat Mirziyoyev bildirib.

"Ölkəmizdə böyük faydalı qazıntı ehtiyatları var. Əvvəllər neft və qaz sektorunda axtarış işləri yalnız 2,5-3 min metr dərinlikdə aparılırdı. Bu il ilk dəfə olaraq Üstyurtda 6,5 min metr dərinliyində quyu qazdıq və çox böyük qaz ehtiyatları aşkar etdik", - o vurğulayıb.

Özbəkistan Prezidenti, həmçinin qeyd edib ki, "dördüncü sənaye inqilabı" şəraitində litium, selen, qrafit və molibden kimi texnoloji minerallara dünya tələbatı sürətlə artır. Ekspertlərin qiymətləndirmələrinə görə, regionun payına volfram, molibden, sink və titan kimi dünya ehtiyatlarının 15 %-ə qədəri düşür.