Azərbaycan Türkiyədən mebel alışını azaldıb?

16:05 - 15.09.2025


15 sentyabr, Fineko/abc.az. Bu ilin yanvar-avqust aylarında Azərbaycan Türkiyədən 90,731 milyon ABŞ dolları dəyərində mebel, kağız və meşə məhsulları idxal edib.

ABC.AZ xəbər verir ki, bu barədə Türkiyə İxracatçılar Məclisi məlumat yayıb. Qeyd edilib ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 7,6 % azdır.

Təkcə avqustda isə Türkiyə Azərbaycana 11,194 milyon ABŞ dolları dəyərində mebel, kağız və meşə məhsulları ixrac edib ki, bu da 1 il əvvələ nisbətən 31,1 % azdır.

8 ayda Türkiyənin mebel, kağız və meşə məhsulları ixracının ümumi dəyəri illik müqayisədə cüzi artaraq 5,164 milyard ABŞ dollarına çatıb, avqustda isə 1,2 % azalaraq 657 milyon ABŞ dollarına düşüb. (© Report)