14:32 - 15.09.2025
15 sentyabr, Fineko/abc.az. ABŞ və Hindistan arasında sərbəst ticarət sazişi, Nyu-Dehlinin öz düyüsü üçün “basmati” markasını eksklüziv istifadə etmək hüququnu əldə etmək istədiyinə görə pozula bilər. Bu isə Pakistanla münasibətləri gərginləşdirməsinə gətirib çıxara bilər.
ABC.AZ xəbər verir ki, bu barədə Financial Times nəşri mənbələrə istinadən məlumat verib.
Hindistan Aİ-yə düyünün bu adının eksklüziv istifadəsi üçün 2018-ci ildə, Pakistan isə 2023-cü ildə müraciət etmişdi. Avropa Birliyi ölkələr arasındakı münasibətləri pozmamaq və mübahisəli əraziləri tanımamaq qərarını gecikdirir.
Azad Ticarət Sazişi üzrə danışıqlar 2007-ci ildən aparılır, 2013-cü ildə dayandırılıb və 2022-ci ildə bərpa edilib. Müqavilənin ilin sonuna qədər bağlanması gözlənilir.
5 Avqust 2026
5 Avqust 2026
4 Avqust 2026