10:21 - 15.09.2025
15 sentyabr, Fineko/abc.az. 2024-cü ildə Qazaxıstanda 449,8 min nəfər işsiz olub.
ABC.AZ xəbər verir ki, maraqlıdır ki, 2010-cu ildən bəri bu ölkədə işsizlərin sayı ciddi dəyişiklik göstərməyib – 496,5 mindən 449,8 min nəfərə enib.
MDB-də ən az işsiz Moldovada qeydə alınıb – 35,2 min nəfər. Buna ölkənin əhalisnin az olması da təsir edib. Nəzərə almaq lazımdır ki, 2010-cu ildə bu göstərici 92 min nəfər idi. Qırğızıstanda da oxşar azalma müşahidə olunur – 2010-cu ildə 212,3 min nəfər işsiz olduğu halda, 2024-cü ildə cəmi 104 min nəfər qalıb.
Azərbaycanda işsizlərin sayı region ölkələri ilə müqayisədə orta səviyyədədir. 2024-cü ildə bu göstərici 282,3 min nəfər olub. Ölkəmizdə pandemiya dövründə (2020-ci il) işsizlik kəskin artsa da – 368,7 min nəfər, sonrakı illərdə azalma müşahidə edilib.
Belarusda 2015-ci ildən sonra işsizlərin sayında ciddi azalma baş verib və 2024-cü ildə 150,4 min nəfər təşkil edib. Ermənistanda isə əksinə, 2022-ci ildən etibarən artım tendensiyası müşahidə olunur: 176,6 min nəfərdən 2024-cü ildə 187,9 min nəfərə yüksəlib.
30 Oktyabr 2026
30 Oktyabr 2026
30 Oktyabr 2026
30 Oktyabr 2026
30 Oktyabr 2026
30 Oktyabr 2026
30 Oktyabr 2026
29 Oktyabr 2026
29 Oktyabr 2026
29 Oktyabr 2026