Rusiyada kütləvi şəkildə avtosalonlar bağlanır

16:33 - 11.09.2025


11 sentyabr, Fineko/abc.az. İlin əvvəlindən Rusiyada avtosalonların sayı orta hesabla 9% azalıb, milyonçu şəhərlərdə isə azalma 30%-ə çatıb.

ABC.AZ xəbər verir ki, Forbes-in "Yandex Kart" a istinadən verdiyi məlumata görə, bunun səbəbi aşağı tələbat, yeni avtomobillərin qiymətlərinin artması və bahalı kreditlərdir.

2025-ci ilin birinci rübündə, əksəriyyəti Çin markaları təşkil etməklə, 154 diler müqaviləsi ləğv edilib. İkinci rübdə 378 diler müqaviləsi ləğv edilib. Ən çox diler itirən aşağıdakı Çin markaları olub: Kaiyi (30), Dongfeng (24), XCITE (20), JAECOO (16), BAIC (15). 2025-ci ilin birinci yarısında bağlanan diler mərkəzlərinin sayına görə ilk beşliyə Li Auto (43), Bestune (38), Kaiyi (30), Dongfeng (29) və BAIC (27) daxildir.