14:24 - 11.09.2025
11 sentyabr, Fineko/abc.az. Bu ilin yanvar-avqust aylarında Naxçıvan Muxtar Respublikasının xarici ticarət dövriyyəsi 79 milyon 628 min 160 ABŞ dolları təşkil edib.
ABC.AZ xəbər verir ki, bu barədə Naxçıvanın Dövlət Statistika Komitəsindən bildirilib.
Məlumata görə, 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə muxtar respublikada xarici ticarət dövriyyəsi 8,7% azalıb.
Bu müddət ərzində ticarət dövriyyəsinin 9 milyon 72 min 880 ABŞ dollarını və ya 11,4%-ini ixrac olunmuş məhsulların, 70 milyon 555 min 280 ABŞ dollarını və ya 88,6%-ini isə idxal məhsullarının dəyəri təşkil edib. Ötən ilin eyni dövrü ilə müqayisədə muxtar respublikada idxal 11,7% azalıb, ixrac isə 24,5% artıb.
Eyni zamanda, bu ilin yanvar-avqust aylarında Naxçıvan Muxtar Respublikasında əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 136 milyon 560 min manat olub ki, bu da 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 5,1% çoxdur. (© Report)
3 Avqust 2026
1 Avqust 2026
1 Avqust 2026