Türkiyə yaxta və katerlərin alınmasına vergilər tətbiq edir

11:20 - 9.09.2025


9 sentyabr, Fineko/abc.az. Türkiyədə yaxtaların, motorlu qayıqların və gəzinti gəmilərinin dəyərinin 8%-i xəzinəyə daxil olacaq. Belə ki, ölkə hakimiyyəti gəmilərin alınmasına xüsusi vergi tətbiq edib.

ABC.AZ xəbər verir ki, ölkə hakimiyyəti bununla büdcə kəsirini ödəməyə çalışır. Kruiz və sərnişin gəmilərinin alınması zamanı da ödəniş tutulacaq.

Qeyd edək ki, əvvəllər gəmilərin alınması üçün vergilər tətbiq edilmirdi. Türkiyədə xüsusi istehlak vergisi təmtəraqlı malların, avtomobillərin və smartfonların alınması zamanı ödənilir.

Qeyd edək ki, bu il Türkiyədə büdcə kəsiri 3,1%-ə çata bilər.