17:27 - 5.09.2025
5 sentyabr, Fineko/abc.az. Azərbaycanda BYD markalı avtomobillərin sayında kəskin artım qeydə alınıb.
ABC.AZ Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, 2024-cü ildə Azərbaycanda BYD avtomobillərinin sayı 4 083 ədədə bərabər olub.
Bu, 2023-cü illə müqayisədə 3 072 ədəd və ya 4 dəfə çoxdur.
2023-cü ildə Azərbaycanda BYD avtomobillərinin sayı 1 011 ədəd idi.
1 Avqust 2026
1 Avqust 2026
30 İyul 2026