Almaniyada Avropanın ən sürətli Jupiter superkompüteri istifadəyə verilib

16:48 - 5.09.2025


5 sentyabr, Fineko/abc.az. Almaniyada, Julich superkompüter mərkəzində, saniyədə bir kvintilliondan çox hesablama apara bilən Avropanın ilk ekzaflop sinif Jupiter superkompüteri istifadəyə verilib.

ABC.AZ xəbər verir ki, Jupiter TOP500 siyahısında sürət baxımından artıq dünyada 4-cü yerdədir və ilk beş sistem arasında ən çox enerji qənaət edən kimi tanınır. 

Layihənin dəyəri 500 milyon avrodur, vəsaitin yarısını AB, qalan hissəsini isə Almaniya ayırıb.

Jupiter, iqlim tədqiqatlarından AI modellərinin təliminə qədər müxtəlif sahələrdə Avropaya kömək etməlidir.