10:46 - 5.09.2025
5 sentyabr, Fineko/abc.az. Rusiya və Ermənistanın qarşılıqlı ticarəti bu il artıq xeyli azalıb və 2025-ci ilin nəticələrinə görə 6 milyard dollardan bir qədər çox ola bilər ki, bu da 2024-cü illə müqayisədə iki dəfə azdır.
ABC.AZ xəbər verir ki, bu barədə Rusiya Baş nazirinin müavini Aleksey Overçuk məlumat verib.
"Rusiya və Ermənistanın ticarətinə gəlincə, o, xeyli azalıb və biz ilin sonuna qədər onun ötən illə müqayisədə iki dəfə azalacağını gözləyirik. Yəni, keçən il 12,4 milyard olduğu halda, bu il yəqin ki, təxminən 6 milyard, bəlkə də daha çox olacaq", — deyə o vurğulayıb.
4 Avqust 2026
4 Avqust 2026
4 Avqust 2026