16:05 - 4.09.2025
4 sentyabr, Fineko/abc.az. Cənubi Koreyanın Samsung şirkəti yenilənmiş cihazlar seriyasının subflaqmanı hesab edilən yeni Galaxy S25 FE smartfonunu təqdim edib.
ABC.AZ xəbər verir ki, yeni cihazın qiyməti 650 dollardan başlayır.
Yeni Samsung Galaxy S25 FE smartfonunda, qiyməti 800 dollardan yuxarı olan Galaxy S25 ilə eyni alüminium materiallardan və selfi kamerasından istifadə edilir. Samsung, yeni telefonun qiymətini aşağı salmaq üçün daha yüksək performanslı prosessor və bəzi kamera imkanlarından imtina edib.
Samsung həmçinin iki yeni Galaxy Tab S – Tab S11 seriyalı planşeti 800 dollara, Tab S11 Ultra isə 1200 dollara satışa çıxarıb.
Bütün cihazlar daha öncə bəzi Samsung cihazlarında mövcud olan bir sıra süni intellekt (AI) xüsusiyyətləri ilə təchiz edilmişdir.
28 İyul 2026