15:59 - 3.09.2025
3 sentyabr, Fineko/abc.az. Bu ilin yanvar-iyun aylarında Azərbaycanda 18,82 milyon ABŞ dolları dəyərində 1 497 kiloqram zərgərlik məmulatları (gümüş və digər qiymətli metallardan) idxal edib.
ABC.AZ Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2024-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 9 %, kəmiyyət olaraq – 20 % azdır.
Hesabat dövründə Azərbaycan İtaliyadan 9,26 milyon ABŞ dolları dəyərində (1 il əvvəlki göstəricidən 12 % az) 33,7 kiloqram (-13 %), İsveçrədən 2,18 milyon ABŞ dolları dəyərində (-11 %) 10,72 kiloqram (-17 %), Hindistandan 1,33 milyon ABŞ dolları dəyərində (+54 %) 19,1 kiloqram (+46 %), Fransadan 1,3 milyon ABŞ dolları dəyərində (+48 %) 3,71 kiloqram (+3 %), Türkiyədən 904 min ABŞ dolları dəyərində (-23 %) 558 kiloqram (-36 %) məmulat alıb.
Azərbaycan 1 il 8 aylıq fasilənin ardından Avstriyadan tədarükü (1,5 min ABŞ dolları dəyərində 0,01 kiloqram) bərpa edib.
18 Sentyabr 2026
18 Sentyabr 2026
18 Sentyabr 2026
18 Sentyabr 2026
18 Sentyabr 2026
18 Sentyabr 2026
18 Sentyabr 2026