10:50 - 3.09.2025
3 sentyabr, Fineko/abc.az. İsrail Ofek 19 kosmik radiolokasiya kəşfiyyat peykini fəzaya buraxıb.
ABC.AZ xəbər verir ki, peykin buraxıldığı proqrama silah və texnoloji infrastrukturun inkişafı idarəsinin (MAFAT) tərkib hissəsi olan Müdafiə Nazirliyinin Kosmik İdarəsi nəzarət edir.
"Peykin buraxılması Müdafiə Nazirliyi, İsrail Müdafiə Ordusu və İsrail Aerospace Industries-in birgə əməliyyatı zamanı İsrailin mərkəzi hissəsindəki sınaq meydançasından "Shavit" gücləndirici raketdən istifadə etməklə həyata keçirilib", — məlumatda deyilir.