Gürcüstan Çinlə strateji tərəfdaşlığı dərinləşdirmək istəyir

17:28 - 2.09.2025


2 sentyabr, Fineko/abc.az. Gürcüstan Hökuməti Çinlə strateji tərəfdaşlığı gücləndirmək niyyətindədir.

ABC.AZ xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze deyib.

Onun sözlərinə görə, Çin ilə strateji tərəfdaşlığın müxtəlif istiqamətlərdə genişləndirilməsi nəzərdə tutulur.

"Gürcüstan və Çin arasında əməkdaşlığı daha da dərinləşdirmək üçün həm siyasi, həm də iqtisadi istiqamətdə konkret addımlar atılacaq. Bunun üçün şəxsən özüm səy göstərəcəm", - deyə İrakli Kobaxidze vurğulayıb.

Xatırladaq ki, Çin və Gürcüstan 2023-cü ildə strateji tərəfdaşlıq modelinə keçiblər. Hər iki ölkədə qarşılıqlı vizasız rejim mövcuddur.