16:50 - 2.09.2025
2 sentyabr, Fineko/abc.az. İranın nüvə enerjisindən dinc şəkildə istifadə etmək və dövlət suverenliyini qorumaq hüququ Pekin tərəfindən dəstəklənir.
ABC.AZ xəbər verir ki, bu barədə ÇXR Sədri Si Cinpin sentyabrın 2-də İran prezidenti Məsud Pezeşkianla görüşdən sonra bildirib.
“Çin İranın nüvə silahı hazırlamamaq öhdəliyini dəfələrlə təsdiqləməsini yüksək qiymətləndirir, İranın nüvə enerjisindən dinc istifadə hüququna hörmət edir”, — deyə o bildirib.
O, həmçinin bildirib ki, Pekin Tehranı ərazi bütövlüyünün və milli ləyaqətin qorunmasında dəstəkləyir. Bundan əlavə, Çin hesab edir ki, İran siyasi danışıqlar yolu ilə öz qanuni hüquq və maraqlarını müdafiə edə bilər.
30 İyul 2026
28 İyul 2026
28 İyul 2026