16:37 - 2.09.2025
2 sentyabr, Fineko/abc.az. Bərpa olunan enerjinin regional axınının artması Azərbaycana enerji keçidi ilə bağlı riskləri yumşaltmağa kömək edə bilər.
ABC.AZ xəbər verir ki, bu barədə "Moody's" beynəlxalq reytinq agentliyinin hesabatında qeyd edilib.
"Regional ticarətin artması, əlaqələrin yaxşılaşdırılması və enerji sektorunda davam edən islahatlar günəş və külək enerjisinə investisiyaların cəlb edilməsi üçün yeni imkanlar açır. Bu, enerji təhlükəsizliyini artırmağa və sosial riskləri azaltmağa imkan verəcək. Azərbaycan, Qazaxıstan və Özbəkistan kimi karbohidrogen istehsalçısı ölkələri üçün bərpa olunan enerjinin istifadəsinin genişləndirilməsi daha təmiz enerji mənbələrinin sürətləndirilmiş tətbiqinin amili olacaq", - hesabatda bildirilib.
11 Avqust 2026
11 Avqust 2026
10 Avqust 2026
10 Avqust 2026