Avqustda “ChatGPT”nin Azərbaycandakı bazar payı 94,58 % təşkil edib  

14:33 - 2.09.2025


2 sentyabr, Fineko/abc.az.  Bu ilin avqust ayında Azərbaycanda bütün platformalarda (kompüter, mobil cihazlar və planşetlərdə) süni intellekt (AI) “chatbot”u olan “ChatGPT”nin bazar payı 94,58 % təşkil edib.

ABC.AZ xəbər verir ki, bu, iyul ayına nisbətən 1,52 faiz bəndi azdır.

İkinci pillədəki “Microsoft Copilot”un bazar payı 2,83 % olub. Bu, əvvəlki ayın göstəricisindən 1,13 faiz bəndi çoxdur.

Növbəti yerdə qərarlaşan “Perplexity”nin bazar payı iyulda 0,55 faiz bəndi artaraq 1,23 % olub.

Dördüncü yerdəki “Google Gemini”nin bazar payı ay ərzində 0,02 faiz bəndi azalaraq 1,05 % təşkil edib.

İlk beşliyi 0,25 %-lik bazar payı ilə “Claude” qapayır. Onun payı iyul ayı ilə müqayisədə 0,20 faiz bəndi azalıb.