17:06 - 28.08.2025
28 avqust, Fineko/abc.az. Bu ilin yanvar-iyul aylarında Azərbaycanda həyat sığortası növlərinin hesabına 531,223 milyon manat sığorta haqqı toplanılıb.
ABC.AZ Mərkəzi Banka istinadən xəbər verir ki, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 17,1 % çoxdur.
Hesabat dövründə həyat sığortası növləri üzrə ödənişlər isə 27,2 % artaraq 376,05 milyon manata çatıb.
Beləliklə, 7 ayda həyat sığortası bazarında toplanmış hər 100 manat sığorta haqqının 70,8 manatı müştərilərə geri ödənilib. Bu rəqəm 1 il bundan əvvəl 65,2 manat təşkil edib.
28 İyul 2026
28 İyul 2026
27 İyul 2026