15:48 - 28.08.2025
28 avqust, Fineko/abc.az. Bu ilin yanvar-iyun aylarında Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki aktivi STAR neft emalı zavodu (NEZ) 137 min 987 tondan çox mayeləşdirilmiş neft qazı (LPG) istehsal edib.
ABC.AZ xəbər verir ki, bu barədə "Report" Türkiyənin Enerji Bazarının Tənzimlənməsi Qurumuna (EPDK) istinadən məlumat yayıb.
Bu, 2024-cü ilin ilk yarımili ilə müqayisədə müqayisədə 55 min 238 ton və ya 66,7 % çoxdur.
Bu ilin iyun ayında STAR NEZ tərəfindən 28 min 529 tondan çox LPG istehsal edilib. Bu da 2024-cü ilin iyun ayı ilə müqayisədə 20 min 247 ton və ya 3,4 dəfə çoxdur.
Ümumilikdə, bu ilin yanvar-iyun aylarında Türkiyədə neft emalı zavodları tərəfindən 551 min 162 ton, iyun ayında 99 milyon 403 min 874 tona yaxın dizel yanacağı istehsal edilib. Bu, bir il öncəki dövr ilə müqayisədə müvafiq olaraq 75 min 760 ton (15,9 %) və 15 min 257 ton (18,1 %) çoxdur.
11 Avqust 2026
11 Avqust 2026
11 Avqust 2026
10 Avqust 2026
10 Avqust 2026