STAR Neft Emalı Zavodu 6 ayda 838 min 224 tona yaxın aviayanacaq istehsal edib

15:24 - 28.08.2025


28 avqust, Fineko/abc.az. Bu ilin yanvar-iyun aylarında Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki aktivi olan STAR Neft Emalı Zavodu (NEZ) 838 min 224 tona yaxın reaktiv mühərriklər üçün kerosin yanacağı (aviayanacaq) istehsal edib.

ABC.AZ xəbər verir ki, bu barədə Report Türkiyənin Enerji Bazarının Tənzimlənməsi Qurumuna (EPDK) istinadən məlumat yayıb.

Bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 296 min 936 ton və ya 54,8 % çoxdur.

İyun ayında isə STAR NEZ 178 min 721 tona yaxın reaktiv mühərriklər üçün kerosin yanacağı (aviayanacaq) istehsal edib ki, bu da bir il öncəki dövr ilə müqayisədə 66 min 178 ton və ya 58,8 % çoxdur.

Ümumilikdə, bu ilin yanvar-iyun aylarında Türkiyədə neft emalı zavodları tərəfindən 3 milyon 204 min 351 tona, iyunda 625 min 560 tona yaxın reaktiv mühərriklər üçün kerosin yanacağı (aviayanacaq) istehsal edilib. Bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 612 min 491 ton (23,6 %) və 57 min 849 ton (10,2 %) çoxdur.