15:04 - 28.08.2025
28 avqust, Fineko/abc.az. 2025-ci ilin ilk yarısında Azərbaycanın xaricə şüşə ixracı ötən ilin eyni dövrü ilə müqayisədə azalsa da, ixrac qiymətləri artıb, daxildəki zavodlar istehsalı yüksəldib.
ABC.AZ xəbər verir ki, 2024-cü ilin yanvar–iyun aylarında 3,319.5 min kv.m həcmində şüşə ixrac olunmuş və 9.21 mln. dollar gəlir əldə edilmişdisə, 2025-ci ildə ixrac həcmi 2,964.5 min kvadrat metr (kv.m) dəyəri isə 8.57 mln. dollara düşüb. Bu da müvafiq olaraq 10.7% və 7.1% azalmadır.
Bununla yanaşı, Dövlət Statistika Komitəsindən verilən məlumata əsasən istehsal artım göstərib – ötən il 4,100.6 min kv.m olan şüşə istehsalı bu ilin ilk yarısında 4,283.1 min kv.m təşkil edib (İllik müqayisədə: +4.4%). Bir kv.m şüşənin ixrac qiyməti 2024-cü ildə orta hesabla 2.77 dollar idisə, 2025-ci ildə 2.89 dollara yüksəlib ki, illik şüşənin orta qiyməti 4.3% bahalaşıb.
Ölkələr üzrə ixrac strukturuna baxdıqda, ən böyük artım Türkiyə bazarında müşahidə olunub. 2024-cü ildə bu ölkəyə cəmi 22.8 min kv.m (84.3 min dollar) şüşə satıldığı halda, 2025-ci ildə ixrac 2,426 min kv.m-ə (+105 dəfə), dəyəri isə 6.78 mln. dollara (+79.4 dəfə) çatıb. Bu il Bolqarıstan və Kamerun istiqamətində şüşə ixracına başlanılıb: müvafiq olaraq 223.2 min kv.m (789.3 min dollar) və 1.6 min kv.m (11.4 min dollar) həcmində satış həyata keçirilib.
18 Sentyabr 2026
18 Sentyabr 2026
18 Sentyabr 2026
18 Sentyabr 2026
18 Sentyabr 2026
18 Sentyabr 2026