11:54 - 28.08.2025
28 avqust, Fineko/abc.az. Bu ilin yanvar-iyun aylarında Azərbaycandan Türkiyəyə ümumilikdə 5 milyard 791,89 milyon kubmetr təbii qaz ixrac edilib.
ABC.AZ xəbər verir ki, bu barədə Türkiyənin Enerji Bazarını Tənzimləmə Qurumunun (Enerji Piyasası Düzenleme Kurumu – EPDK) hesabatında qeyd olunub.
Məlumata görə, bu, 2024-cü ilin ilk 6 ayı ilə müqayisədə 1,96 % çoxdur.
Bu müddət ərzində Azərbaycandan qaz ixracının ümumi həcmindən 5 milyard 520,98 milyon kubmetr uzunmüddətli razılaşma əsasında, 270.91 milyon kubmetr isə spot əsasında tədarük edilib.
Bu ilin iyun ayında isə Azərbaycandan Türkiyəyə ümumilikdə 1 milyard 19,83 milyon kubmetr təbii qaz ixrac edilib ki, bu da 2024-cü ilin eyni ayı ilə müqayisədə 2,29 % çoxdur.
Bununla da iyunda Azərbaycan Türkiyəyə təbii qaz ixrac edən birinci ölkə olub. Türkiyənin ümumilikdə idxal etdiyi təbii qazın 32,2 %-i Azərbaycanın payına düşüb.
8 Avqust 2026
8 Avqust 2026
7 Avqust 2026