17:04 - 27.08.2025
27 avqust, Fineko/abc.az. Nazirlər Kabinetinin 2017-ci il 2 iyun tarixli 243 nömrəli qərarı ilə təsdiq edilmiş “Balıq və digər su bioresursları ovunun Qaydaları”na əsasən, kürüləmə dövrü ilə əlaqədar Kür çayında, Sarısu gölündə, Mingəçevir, Şəmkir, Araz, Yenikənd su anbarlarında sənaye məqsədi ilə balıq və digər su bioresurslarının ovuna moratorium sentyabrın 1-də başa çatır.
Kənd Təsərrüfatı Nazirliyindən ABC.AZ-a bildirilib ki, 1 sentyabr tarixindən balıq ovlama müddəti açıq elan olunur.
Qanunsuz balıq ovunun qarşısının alınması məqsədilə Kənd Təsərrüfatı Nazirliyinin Balıqçılıq və Akvakulura Mərkəzinin və Daxili İşlər Nazirliyinin Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən Xəzər dənizin Azərbaycan Respublikasına mənsub bölgəsində və ölkənin daxili su hövzələrində mütəmadi nəzarət tədbirləri həyata keçirilir.
28 İyul 2026
28 İyul 2026
27 İyul 2026