Google Universal Ledger blokçeyni təqdim edib

14:43 - 27.08.2025


27 avqust, Fineko/abc.az. Google Cloud Universal Ledger (GCUL) təqdim edib. Bu, tokenləşdirmə, hesablamalar və Python ağıllı müqavilələri dəstəkləyən maliyyə müəssisələri üçün Layer 1 platformasıdır.

ABC.AZ xəbər verir ki, Google-dan yeni platforma bütün dünyada ani ödənişlər üçün nəzərdə tutulub.

Pilot sınaq CME Group ilə birlikdə aparılır, tam miqyaslı sınaq 2025-ci ilin sonunda, kommersiya buraxılışı isə 2026-cı ilə planlaşdırılır.