Lamborghini müştəriləri ABŞ-da rüsumlarla bağlı qeyri-müəyyənlik səbəbindən avtomobili alışlarını təxirə salırlar

10:15 - 27.08.2025


27 avqust, Fineko/abc.az. Ən varlı müştərilər ABŞ-da idxal rüsumları ilə bağlı qeyri-müəyyənlik səbəbindən idman avtomobili alışlarını təxirə salırlar.

ABC.AZ xəbər verir ki, bu barədə Lamborghini-nin baş icraçı direktoru Ştefan Vinkelmann bildirib.

Ağ Ev və Avropa İttifaqı bu yaxınlarda 15% rüsum barədə razılığa gəliblər, lakin avtomobil istehsalçıları hələ də yüksək tarifi (27,5%) ödəyirlər.

Lamborghini qiymətlərinin 400 min dollardan başladığını nəzərə alsaq, bir çox alıcı rüsum vəziyyətinin sabitləşməsini gözləməyi üstün tutur, Vinkelmann deyib.

O bildirib ki, rüsumlar hər halda şirkətinə təsir edəcək, çünki şirkət, yalnız İtaliyada maşın istehsal edir və istehsalın ABŞ-a köçürülməsi variantını nəzərdən keçirmir.

Vinkelmannın sözlərinə görə, orta hesabla Lamborghini alıcıları beş, ən bahalı modellərin alıcıları isə on avtomobilə sahibidir. Alıcıların orta yaşı 45-dən az, Asiyada isə 30 yaşdan azdır.

Lamborghini Volksvagen qrupuna daxildir. 2024-cü ildə şirkət 10,867 min avtomobil sataraq 3 milyard avrodan çox rekord gəlir əldə etmişdi.