Türkiyə Somali ərazisindəki kosmodromdan peyk buraxacaq

15:44 - 26.08.2025


26 avqust, Fineko/abc.az. Türkiyənin Somalidəki səfiri Alper Aktaş bildirib ki, onlar tezliklə Somali ərazisindən peyk buraxacaqlar. 

ABC.AZ xəbər verir ki, bu barədə avqustun 25-də Mustaqbal Media agentliyi məlumat verib.

Moqadişoda çıxış edən səfir Alper Aktaş bildirib ki, türk peykinin Somali ərazisindən ilk dəfə buraxılmasına hazırlıq gedir ki, bu da tarixdə ilk dəfə Somalinin kosmik texnologiyalar sahəsində oyunçu olmasına imkan verəcək. Səfir əlavə edib ki, tezliklə kosmodromun rəsmi açılış mərasimi keçiriləcək.
Səfir öz bəyanatında ayrıca qeyd edib ki, Türkiyə seysmik və geoloji kəşfiyyat işləri başa çatdıqdan sonra Somali sularında neft hasilatına başlamaq niyyətindədir. Onun sözlərinə görə, bu tədqiqatlar şelfdə əhəmiyyətli karbohidrogen ehtiyatlarının olduğunu göstərib.