17:18 - 25.08.2025
25 avqust, Fineko/abc.az. Bu ilin birinci yarısında Azərbaycanda magistral qaz kəmərlərində 25,5 mln. kubmetr itki olub, bu da illik müqayisədə 7,1% çoxdur.
Dövlət Statistika Komitəsinin məlumatına görə, 2024-cü ilin müvafiq dövründə respublika üzrə qaz kəmərlərində itkilər 23,8 mln. kubmetr təşkil edib.
Qeyd etmək lazımdır ki, cari ilin yanvar-iyun aylarında Azərbaycanda magistral qaz kəmərləri ilə 20 260,5 mln. kubmetr qaz nəql edilib və əvvəlki ilin müvafiq göstəricisinə nisbətən 1,4% azalma müşahidə olunub.
İlin birinci yarısında qaz nəqlinin 55,5%-i Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz boru kəməri ilə həyata keçirilib. Bu boru kəməri vasitəsilə “Şahdəniz” qaz-kondensat yatağında hasil edilən qaz ixrac edilir. Belə ki, hesabat dövründə bu kəmərlə 11 235,7 mln. kubmetr qaz ötürülüb (1,6%-lik azalma olub).
Xatırladaq ki, 2024-cü ilin Azərbaycanda magistral qaz kəmərlərində 47,3 mln. kubmetr itki olub, bu da illik müqayisədə 20,9% azdır.
Ötən il Azərbaycanda magistral qaz kəmərləri ilə 40 348,3 mln. kubmetr qaz nəql edilib və əvvəlki ilin göstəricisinə nisbətən 2,7% artım müşahidə olunub.
Qaz nəqlinin 56,6%-i Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz boru kəməri vasitəsilə həyata keçirilib. Belə ki, hesabat dövründə bu kəmərlə 22 851,9 mln. kubmetr qaz ötürülüb (4,3%-lik artım). (C) APA
25 Sentyabr 2026
25 Sentyabr 2026
25 Sentyabr 2026
25 Sentyabr 2026
25 Sentyabr 2026
25 Sentyabr 2026
25 Sentyabr 2026
25 Sentyabr 2026
24 Sentyabr 2026
25 Sentyabr 2026
24 Sentyabr 2026
24 Sentyabr 2026
24 Sentyabr 2026