16:52 - 25.08.2025
25 avqust, Fineko/abc.az. Bu ilin yanvar-iyun aylarında Azərbaycanın magistral qaz kəmərləri ilə yükdaşımalardan əldə etdiyi gəlirləri 1 359 156,6 min manat təşkil edib, bu da, demək olar ki, ötən ilin müvafiq dövrünün göstəricisinə bərabərdir.
Dövlət Statistika Komitəsinin məlumatına görə, 2024-cü ilin yanvar-iyun aylarında sözügedən göstərici 1 359 813 min manat səviyyəsində olub.
Qeyd etmək lazımdır ki, cari ilin yanvar-iyun aylarında Azərbaycanda magistral qaz kəmərləri ilə 20 260,5 mln. kubmetr qaz nəql edilib və əvvəlki ilin müvafiq göstəricisinə nisbətən 1,4% azalma müşahidə olunub.
İlin birinci yarısında qaz nəqlinin 55,5%-i Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz boru kəməri ilə həyata keçirilib. Bu boru kəməri vasitəsilə “Şahdəniz” qaz-kondensat yatağında hasil edilən qaz ixrac edilir. Belə ki, hesabat dövründə bu kəmərlə 11 235,7 mln. kubmetr qaz ötürülüb (1,6%-lik azalma olub).
Xatırladaq ki, 2024-cü ildə Azərbaycanın magistral qaz kəmərləri ilə yükdaşımalardan əldə etdiyi gəlirləri 2 707 608,8 min manat təşkil edib, bu da illik müqayisədə 7,6% artım deməkdir.
Ötən il Azərbaycanda magistral qaz kəmərləri ilə 40 348,3 mln. kubmetr qaz nəql edilib və əvvəlki ilin göstəricisinə nisbətən 2,7% artım müşahidə olunub. Qaz nəqlinin 56,6%-i Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz boru kəməri vasitəsilə həyata keçirilib. Belə ki, hesabat dövründə bu kəmərlə 22 851,9 mln. kubmetr qaz ötürülüb (4,3%-lik artım). (C) APA
25 Sentyabr 2026
25 Sentyabr 2026
25 Sentyabr 2026
25 Sentyabr 2026
25 Sentyabr 2026
25 Sentyabr 2026
25 Sentyabr 2026
25 Sentyabr 2026
24 Sentyabr 2026
25 Sentyabr 2026
24 Sentyabr 2026
24 Sentyabr 2026
24 Sentyabr 2026