16:23 - 25.08.2025
25 avqust, Fineko/abc.az. Bu ilin birinci yarısında Azərbaycanın magistral neft kəmərlərindən gəlirləri 523 480,1 min manat təşkil edib, bu da illik müqayisədə 2,7% azdır.
Dövlət Statistika Komitəsinin məlumatına görə, 2024-cü ilin müvafiq dövründə sözügedən göstərici 538 277,6 min manat səviyyəsində olub.
Qeyd etmək lazımdır ki, cari ilin yanvar-iyun aylarında Azərbaycanda neft kəmərləri ilə 18 513 min ton neft nəql edilib ki, bu da illik müqayisədə 3,8% azdır. Nəqletmənin 75,2%-i Bakı-Tbilisi-Ceyhan neft ixrac kəməri (BTC) ilə həyata keçirilib və hesabat dövründə bu kəmər vasitəsilə 13 924,9 min ton neft ötürülüb ki, bu da illik müqayisədə 3,8% azdır.
Xatırladaq ki, 2024-cü ildə Azərbaycanın magistral neft kəmərlərindən gəlirləri 1 058 072,5 min manat təşkil edib, bu da illik müqayisədə 4% azdır.
Ötən il Azərbaycanda neft kəmərləri ilə 38 752,1 min ton neft nəql edilib ki, bu da illik müqayisədə 2,5% azdır. Nəqletmənin 76%-i BTC ilə həyata keçirilib və hesabat dövründə bu kəmər vasitəsilə 29 470,9 min ton neft ötürülüb ki, bu da illik müqayisədə 2,4% azdır. (C) APA
25 Sentyabr 2026
25 Sentyabr 2026
25 Sentyabr 2026
25 Sentyabr 2026
25 Sentyabr 2026
25 Sentyabr 2026
25 Sentyabr 2026
25 Sentyabr 2026
24 Sentyabr 2026
25 Sentyabr 2026
24 Sentyabr 2026
24 Sentyabr 2026
24 Sentyabr 2026