Huawei texnologiyaları ilə təchiz edilmiş dünyanın ilk 100 MVt gücündə yükləmə stansiyası istifadəyə verilib

16:05 - 25.08.2025


25 avqust, Fineko/abc.az. Çinin Siçuan əyalətində, Huawei texnologiyası əsasında inşa edilən ağır yük maşınları üçün dünyanın ilk 100 MVt super yükləmə stansiyasını işə salınıb.  

ABC.AZ xəbər verir ki, kompleks 1,44 MVt gücündə 18 ədəd yükləmə stansiyası və 600 kVt gücündə maye soyutmalı 108 stansiya ilə təchiz olunub ki, bu da gündə 700 elektrik yük maşınına xidmət göstərməyə imkan verir.

Stansiya "beş dəqiqəyə yükləmə — 100 km gediş" texnologiyasını dəstəkləyir və günəş panelləri və enerji saxlama sistemləri ilə inteqrasiya edilmişmir. Bu həllin CO₂ emissiyalarını ildə 45 min ton azaldacağı və istismar səmərəliliyini 15% artıracağı gözlənilir.