17:49 - 22.08.2025
22 avqust, Fineko/abc.az. Özbəkistan Azərbaycan və Türkmənistana Xəzərin şelfindəki yataqların geoloji kəşfiyyatı və işlənməsi sahəsində kooperasiya perspektivlərini öyrənməyi, həmçinin yükdaşımalar sahəsində əməkdaşlığı genişləndirməyi təklif edib.
ABC.AZ xəbər verir ki, belə təkliflərlə Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Türkmənistanda Azərbaycan Prezidenti İlham Əliyevin və Türkmənistanın Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovun iştirakı ilə yüksək səviyyəli üçtərəfli görüşdə çıxış edib.
Bundan əlavə, Mirziyoyev Özbəkistanın Xəzər dənizi vasitəsilə yüklərin daşınması üçün öz bərə güclərinin yaradılmasında maraqlı olduğunu bildirib.
3 Avqust 2026
1 Avqust 2026
1 Avqust 2026