15:48 - 22.08.2025
22 avqust, Fineko/abc.az. Bu ilin yanvar-iyul aylarında Azərbaycanla Türkmənistan arasında ticarət əməliyyatlarının həcmi 154 milyon ABŞ dolları təşkil edib.
Bu barədə Dövlət Gömrük Komitəsinin məlumatında deyilir.
Məlumata görə, bu, 2024-cü ilin eyni aylarındakı göstərici ilə müqayisədə 107,3 milyon ABŞ dolları və ya 41,1% azdır.
Hesabat dövründə Türkmənistan ilə ticarət əməliyyatları Azərbaycanın ümumi ticarət dövriyyəsinin 0,57%-i həcmində olub.
Cari ilin yanvar-iyul aylarında Azərbaycandan Türkmənistana 37,2 milyon dollarlıq məhsul ixracı qeydə alınıb. Bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 15,6 milyon ABŞ dolları və ya 29,5% azdır.
Eyni zamanda, 2025-ci ilin yanvar-iyul aylarında Türkmənistandan Azərbaycana 143,8 milyon ABŞ dolları dəyərində idxal əməliyyatları icra olunub ki, bu da illik müqayisədə 91,7 milyon ABŞ dolları və ya 44% azalma deməkdir. (C) Trend.az
1 Avqust 2026
1 Avqust 2026
30 İyul 2026
30 İyul 2026