12:42 - 22.08.2025
22 avqust, Fineko/abc.az. “Atommaş” zavodunda Türkiyənin “Akkuyu” AES-in dördüncü enerji bloku üçün VVER-1200 reaktorunun son nəzarət montajına başlanılıb.
ABC.AZ xəbər verir ki, bu reaktor Rusiya nüvə sənayesi tarixində 250-ci oldu.
Təxminən 600 ton ağırlığında olan nüvə qurğularının yığılması, bütün elementlərin quraşdırılmasının dəqiqliyini millimetrin mində birinə qədər yoxlamağa və reaktorun ən azı 60 il etibarlı işləməsini təmin etməyə imkan verir.
Mersin əyalətindəki “Akkuyu” AES Türkiyənin ilk atom stansiyası olacaq və elektrik enerjisinə olan tələbatının 10%-ni təmin edəcək.