AZAL-ın Müşahidə Şurasının üzvləri dəyişib

12:29 - 22.08.2025


22 avqust, Fineko/abc.az. "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) Müşahidə Şurasında dəyişiklik edilib.

ABC.AZ quruma istinadla xəbər verir ki, Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON) Nizamnaməsinin 4.7.14-cü yarımbəndinə əsasən, AZCON-un Müşahidə Şurası AZAL-ın Müşahidə Şurasının tərkibini aşağıdakı kimi təsdiq edib:

Müşahidə Şurasının sədri: Rəqəmsal inkişaf və nəqliyyat Naziri - Rəşad Nəbi oğlu Nəbiyev
Müşahidə Şurasının üzvləri:
AZCON Holding-in icraçı direktoru – Şahin Tofiq oğlu Babayev
AZCON Holding-in icraçı direktorunun müavini – Vüqar Yaşar oğlu Mirzəzadə
AZCON Holding-in maliyyə departamentinin direktoru Taylan Tekeli