11:34 - 22.08.2025
22 avqust, Fineko/abc.az. Bu ilin yanvar-iyun aylarında Azərbaycandan Türkiyəyə 1,4 milyard ABŞ dolları dəyərində 4,9 milyard kubmetr təbii qaz (qaz halında) ixrac edilib.
Bu barədə Dövlət Statistika Komitəsinin məlumatında deyilir.
Məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 190,7 milyon ABŞ dolları və ya 12,3%, həcm baxımından isə 36 milyon kubmetr və yaxud 0,8% azdır.
Qeyd edək ki, 2025-ci ilin yanvar-iyun aylarında ölkədə 25,2 milyard kubmetr təbii qaz hasil edilib. Qazın 6,6 milyard kubmetri "Azəri-Çıraq-Günəşli"nin, 13,8 milyard kubmetri "Şahdəniz"in, 0,8 milyard kubmetri "Abşeron" yatağının, 4 milyard kubmetrə yaxını isə SOCAR-ın payına düşüb. (C) Trend.az
11 Avqust 2026
11 Avqust 2026
11 Avqust 2026
11 Avqust 2026
11 Avqust 2026
10 Avqust 2026