16:18 - 20.08.2025
20 avqust, Fineko/abc.az. Qazaxıstanın Rəqabətin Müdafiəsi və İnkişafı Agentliyi enerji kömürünün qiymətlərinin dövlət tənzimlənməsini tətbiq etmək təşəbbüsü ilə çıxış edib.
ABC.AZ xəbər verir ki, bu barədə qurumun mətbuat xidmətindən bildirilib.
Agentlik qeyd edib ki, kömürün qiyməti elektrik enerjisi tariflərinə birbaşa təsir edir ki, bu da öz növbəsində ərzaq və kommunal xidmətlərin qiymətlərinin artmasına səbəb olur.
Hal-hazırda Qazaxıstanın kömür bazarının 70%-dən çoxuna son beş ildə qiymətləri dəfələrlə artıran, illik artım 21,5%-ə çatan "Bogatyr Comir" MMC nəzarət edir.
11 Avqust 2026
11 Avqust 2026
10 Avqust 2026
10 Avqust 2026